EN

Montella: “Oyunçuların alnından öpməliyik”

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/4 finalında Niderlanda qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Avropada ən yaxşı beş komandadan biriyik. Belə axşam yaşadığımız üçün məyusuq. Bütün ölkə arxamızda idi və onların dəstəyi ilə irəli atıldıq. Həqiqətən, qürurluyuq. Oyunçuların alnından öpməliyik. Bura qədər gəldik, daha irəli də gedə bilərdik”.

İtaliyalı mütəxəssis millidəki gələcəyindən də söz açıb:

“Narahatlığım yoxdur, burada xoşbəxtəm. Oyunçularımızın böyük əksəriyyəti gəncdir və onlar daha təcrübəli olacaqlar. Qarşıda Millətlər Liqası var. Məqsədimiz irəli getməkdir. Bundan sonra DÇ-2026 üçün hazırlaşacağıq”.

Chosen
109
futbolpress.az

1Sources