EN

İran prezidentliyinə fars yox, azərbaycanlı gəlir- nə dəyişə bilər?

Image

Əli Mustafa: “Xüsusilə də Azərbaycan - İran, Türkiyə-İran münasibətlərinə böyük faydası olacaq”

İranda keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb. Azərbaycanlı Pezeşkian irəlidədir. Deyirlər ki, onun prezident olmasının rəsmi təsdiqi qalır. Əsasən azərbaycanlıların yaşadığı əyalətlərdə ona səs verənlərin çoxluğu diqqət çəkir. Bir sözlə, istər İran daxilində, istərsə də xaricində Pezeşkianın milli mənsubiyyəti ilə bağlı məsələ çox qabardılır. İranda keçirilən prezident seçkisinin ikinci turunda Azərbaycan Respublikasında (Bakı və Naxçıvan) səsvermənin nəticələri elan edilib.

Bu barədə İran Seçki Qərargahı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 550 səs verilib, onlardan 490-ı Məsud Pezeşkiana, 55-i Səid Cəliliyə verilib, 5 bülleten isə etibarsız sayılıb. İranda prezidentin hansı milli mənsubiyyətdən olmasının həmin ölkənin gələcək siyasi kursuna təsiri ola bilərmi?

Müstəqil siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda İran fərqli bir dönəmə qədəm qoyub: “Düzdür, orada rəsmi olaraq dini lider 1-ci şəxs sayılır. Bir çox məsələləri də məhz o həll edir. Bir məsələni nəzərə alaq ki, dini lideri 88 nəfərdən ibarət Şura seçir. İran prezidentinin isə bütün xalq seçir. Əslində ən legitim hakimiyyət xalqın seçdiyi sayılır. 30 milyonluq seçicinin 16,5 milyonu Pezeşkiana səs verib. Xalqın dəstəyi bu şəkildə davam edəcəksə bu prezident İranın gələcəyi üçün çox yeniliklər edə bilər. Xüsusilə də Azərbaycan - İran, Türkiyə-İran münasibətlərinə böyük faydası olacaq. Biz də öz dəstəyimizi, diqqətimizi davam etdirməliyik. Daim çalışmalıyıq ki, bu siyasət normal şəkildə davam etsin. Bunu bizim ümumi qələbəmiz saymaq olar. Ümid edirik ki, bu şəxs İranın taleyinə ciddi korrektələr edəcək. Əlbətdə, ona maneələr olacaq. Çünki orada oturuşmuş, bərkimiş bir mühafizəkar sistem var. Hər halda, mənim bu yeniliyə və türk qardaşımızın uğuruna ümidlərim böyükdür”.

Məhəmmədəli QƏRİBLİ





Chosen
142
50
baki-xeber.com

10Sources