EN

"Qurban Berdiyev 100 yaşına qədər məşqçilik edə bilər" - Keçmiş futbolçusu

"Berdiyev 100 yaşına qədər məşqçilik edə bilər".

Prosport.Az xəbər verir ki, bu sözləri Serbiya "Partizan"ının futbolçusu Bibras Natxo deyib.

2010-2013-cü illərdə Rusiya "Rubin"ində türkmənistanlı mütəxəssisin rəhbərliyi altında çıxış etmiş yarımmüdafiəçi 72 yaşlı çalışdırıcının "Turan Tovuz"un "sükanı arxası"na keçməsinə münasibət bildirib: "O, özünü tamamilə futbola həsr edib. Həftənin 7 günü 24 saat bu işlə məşğuldur. Berdiyev hər xırda detala önəm verir. O, karyeram ərzində çalışdığım ən yaxşı məşqçidir. Rusiyaya da gənc yaşında məhz Berdiyevə görə gəlmişdim. O, daha yaxşı olmağım üçün hər şey etdi".

Qeyd edək ki, Berdiyev ötən ay "Turan Tovuz"un baş məşqçisi təyin olunub.

Chosen
79
1
prosport.az

2Sources