AZ

“Partizan”ın futbolçusu: “Berdıyev 100 yaşına qədər işləyə bilər”

“Kurban Berdıyev 100 yaşına qədər məşqçilik edə bilər”.

İdman.biz xəbər verir ki, bunu Serbiya “Partizan”ının futbolçusu Bibras Natxo deyib.

2010-13-cü illərdə Rusiya “Rubin”ində Kurban Berdıyevin rəhbərliyi altında çıxış edən yarımmüdafiəçi 72 yaşlı mütəxəssisin “Turan Tovuz”un “sükanı arxası”na keçməsinə münasibət bildirib: “O, özünü tamamilə futbola həsr edib. Həftənin 7 gününü 24 saat bu işlə məşğuldur. Berdıyev hər xırda detala önəm verir. O, karyeram ərzində çalışdığım ən yaxşı məşqçidir. Rusiyaya da gənc yaşında məhz Berdıyevə görə gəlmişdim. O, daha yaxşı olmağım üçün hər şey etdi”.

Qeyd edək ki, Berdıyev ötən ay “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

İdman.biz

Seçilən
83
1
idman.biz

2Mənbələr