İyulun 5-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 200 metadon həbi aşkar edilərək götürülüb.