EN

Bayden Zelenski ilə görüşəcək

Vaşinqtonda keçiriləcək NATO sammitində ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski və Kiyevlə ikitərəfli sazişlər bağlamış ölkələrin liderləri ilə kollektiv görüş keçirəcək. SİA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi xüsusi onlayn brifinqdə bildirib.

“Sammit çərçivəsində prezident Bayden Ukrayna lideri Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan 20-yə yaxın müttəfiqimiz və tərəfdaşımızla tədbir keçirəcək”, – amerikalı rəsmi deyib.

Bu bəyanat ABŞ və müttəfiqlərinin hazırkı beynəlxalq şəraitdə Ukraynanın təhlükəsizlik məsələlərinə artan diqqətini vurğulayır.

İyulun 9-dan 11-dək keçiriləcək NATO sammiti müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın əsas aspektlərinin müzakirəsi üçün platformaya çevriləcək.

Chosen
59
3
sia.az

6Sources