EN

Məsud Pezeşkian İranın yeni prezidenti seçilib - YENİLƏNİB 4

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

APA xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Yekun statistikaya əsasən, 49,8% səs çoxluğu ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.

Səid Cəlili isə 13 538 179 səs toplayıb.

***

06:20

İranda növbədənkənar prezident seçkilərinin yekunlanmasından sonra səslərin sayımı davam etdirilir.

APA xəbər verir ki, ən son məlumata görə səslərin sayımının ilkin nəticələri aşağıdakı kimidir:

Hesablanmış ümumi səslər: 23.646.138 səs

Məsud Pezeşkian: 12.704.910 səs

Səid Cəlili: 10.474.238 səs

***

05:49

İranda növbədənkənar prezident seçkilərinin yekunlanmasından sonra səslərin sayımı davam etdirilir.

APA xəbər verir ki, ən son məlumata görə səslərin sayımının ilkin nəticələri aşağıdakı kimidir:

Hesablanmış ümumi səslər: 20.611.972 səs

Məsud Pezeşkian: 11.120.924 səs

Səid Cəlili: 9.097.993 səs

***

05:06

İranda növbədənkənar prezident seçkilərinin yekunlanmasından sonra səslərin sayımı davam etdirilir.

APA xəbər verir ki, ən son məlumata görə səslərin sayımının ilkin nəticələri aşağıdakı kimidir:

Hesablanmış ümumi səslər: 16 546 660 səs

Məsud Pezeşkian: 8.694.743 səs

Səid Cəlili: 7,535,557 səs

***

03:29

İranda növbədənkənar prezident seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

Hesablanmış ümumi səslər: 2547381 səs

Məsud Pezeşkian: 126,3874 səs (49,6 %)

Səid Cəlili: 1244640 səs (48,8%)

Chosen
147
1
apa.az

10Sources