AZ

Məsud Pezeşkiyan İranın yeni prezidenti seçilib

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

Bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.

Yekun statistikaya əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkiyan İranın 9-cu prezidenti seçilib.

Pezeşkiyan 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.

Seçilən
131
3
azpost.info

10Mənbələr