EN

Amerika Kuboku: Daha bir yarımfinalçını penalti seriyası müəyyənləşdirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Kubokunda yarımfinala adlayan növbəti komanda bəlli olub.
Oxu.Az xəbər verir ki, Venesuela-Kanada görüşündə hesab 13-cü dəqiqədə açılıb. Ceykob Şaffelburq şimallıları hesabda irəli çıxarıb - 1:0. Amma məğlubiyyətlə barışmayan Venesuela futbolçuları bərabərlik qolunu vurublar: 64-cü dəqiqədə Salomon Rondon hesaba tarazlıq gətirib - 1:1.
Qalan vaxtda komandalar çox çalışsalar da, hesab dəyişmədiyindəm qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan Kanada futbolçuları adlarını yarımfinala yazdırıblar - 5:4.
Xatırladaq ki, ötən gün keçirilən oyunda da Argentina Ekvadora penaltilər seriyasında qalib gələrək yarımfinal mərhələsinə adlayıb.
Dördddəbir final mərhələsinin digər görüşü iyul ayının yeddisində keçiriləcək.
Anar Həsənov
Chosen
233
50
oxu.az

10Sources