AZ

Qələbə stimuldur - SIRSKİ

"Qələbə hərbçilərimizin və əhalinin mənəviyyatını yüksəldən bir stimuldur".

 

Modern.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski bildirib.

 

O deyib ki, Ukrayna bütün diqqətini qələbəyə cəmləyib: "Kursk əməliyyatı qələbənin Ukrayna hərbçilərini və əhalisini motivasiya etdiyini göstərdi".

 

Sırski vurğulayıb ki, qələbə üçün tərəfdaşların dəstəyi və Rusiya ərazisində silahların hərbi məqsədlər üçün istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması lazımdır.

 

“Rusiya Federasiyası ərazisində silahların hərbi məqsədlər üçün istifadəsinə dair bütün məhdudiyyətləri aradan qaldırmaq bizim üçün çox faydalı olardı - təkrar edirəm, mülki əhali üçün deyil, hərbi məqsədlər üçün”, - Sirski bildirib.

 

General həmçinin qeyd edib ki, yeni briqadaların işə salınmasına imkan verən silahların vaxtında verilməsidir, çünki “yalnız döyüşdə qalib gələ bilərik və müttəfiqlərin köməyi əsas rol oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
7
modern.az

10Mənbələr