EN

İranda prezident seçkilərində Məsud Pezeşkian liderlik edir

Bakı. Trend:

Sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsiMəsud Pezeşkian İranda keçirilən prezident seçkilərində 2,5 milyonsəsin hesablanmasından sonra liderlik edir.

Trend-inməlumatına görə, bu barədə İran İslam Respublikasının SeçkiQərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Onun sözlərinə görə, 58,6 min seçki məntəqəsindən 6,19 minində(10,5%) 2,5 milyon bülleteni hesablayandan sonra M.Pezeşkian 1,263milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakınümayəndəsi Səid Cəlili 1,244 milyon səs alır.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd –Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çoxsəs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır vəDaxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtıuzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiqsəhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi MəsudPezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli TəhlükəsizlikŞurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentininsədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik

Chosen
81
1
az.trend.az

10Sources