AZ

İranda prezident seçkilərinin müddəti uzadılıb

Bakı. Trend:

Bu gün İranda keçirilən növbədənkənar prezident seçkiləri yerlivaxtla saat 20:00-dək uzadılıb.

Trend-in məlumatına görə, bunu İran DİN yanında SeçkiQərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığınagörə seçkilərin vaxtı iki saat artırılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd –Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çoxsəs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır vəDaxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtıuzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiqsəhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi MəsudPezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli TəhlükəsizlikŞurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentininsədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlikrəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Məqalədə:
Seçilən
103
2
az.trend.az

10Mənbələr