Qazaxıstanlı müğənni Kayrat Nurtaş təyyarədə kobud davranışına görə 15 sutka həbs edilib.
Bakıvaxtı.az bildirir ki, ifaçı təyyarədə əlbəyaxa dava salıb. Kayrata qarşı xuliqanlıq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi qaldırılıb.
Məhkəmə onun 15 sutka həbsinə qərar verib.