EN

Bayden çaşıb özünü qaradərili qadın kimi təqdim edib

ABŞ Prezidenti Co Bayden yerli radiokanallardan birinə müsahibəsi zamanı çaşıb və özünü qaradərili qadın kimi təqdim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə verilişin aparıcıları ilə söhbəti zamanı o, qara prezidentlə işləyən ilk qaradərili qadın olmaqdan qürur duyduğunu deyib.

Siyasətçi Barak Obama administrasiyası dövründə vitse-prezident olduğunu nəzərdə tutub.

Bayden kampaniyasının sözçüsü Ammar Mussa medianı prezidentin çaşmasına diqqət yetirdiyinə görə tənqid edib. Onun sözlərinə görə, media burada absurdluq həddini keçib.

Milli.Az

Chosen
31
1
milli.az

2Sources