EN

İranda seçkilərin vaxtı yenə uzadıldı

Bu gün İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 22:00-dək müddəti uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami məlumat verib.

Daha öncə də səsvermənin vaxtı 20:00-a kimi uzadılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır.

Chosen
115
6
axar.az

7Sources