Yarımmüdafiəçi Nikolo Zaniolo "Qalatasaray"dan icarə əsasında "Atalanta"ya keçib.
90deqiqe.Az xəbər verir ki, A Seriyası təmsilçisinin italyan oyunçu ilə icarə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Müəyyən şərtlər altında məcburi olacaq birdəfəlik alma maddəsi də qeyd olunub.
Berqamo klubu icarəyə görə 6,4 milyon avro ödəyəcək, alış məbləği isə 15,5 milyon avrodur.