AZ

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

Türkiyənin “Qalatasaray” komandasının yarımmüdafiəçisi Nikolo Zanyolo icarə əsasında İtaliya “Atalanta”sına keçib.

Xezerxeber.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, növbəti mövsümün sonunadək Berqamo klubunda çıxış edəcək.

“Atalanta” bu keçid üçün İstanbul nəhənginə 6 milyon 400 min avro ödəyəcək. İtaliya klubu N.Zanyolonu birdəfəlik almaq hüququna da sahib olacaq.

Xatırladaq ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında İngiltərənin “Aston Villa” komandasında çıxış edib.

Seçilən
98
7
xezerxeber.az

10Mənbələr