EN

"Qalatasaray"da daha bir ayrılıq

Türkiyənin məşhur futbol klubu "Qalatasaray"da gözlənilən ayrılıq gerçəkləşib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray" məşhur oyunçusu Nikolo Zanilonun şərti məcburi satınalma səbəbi ilə A Seriyasının Atalanta komandasına verildiyini açıqlayıb. Nikolo Zaniolo ötən mövsüm Aston Villanın heyətində 39 oyun keçirib. 25 yaşlı oyunçu  bu yarışlarda 3 qol vurmağı bacarıb. Aston Villa Nikolo Zaniolo üçün "Qalatasaray"a 5 milyon avro icarə haqqı ödəyib. Nikolo Zaniolonun "Qalatasaray"la müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. Ulduz futbolçunun hazırda bazar dəyəri 20 milyon avrodur.   Fidan Əliyeva Manşet.az

 

Chosen
116
18
manset.az

10Sources