Bakı, TurkicWorld
Rusiyanın Buryatiya Respublikasında "An-2" təyyarəsi qəza enişi edib.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, meşə yanğını vəziyyətini izləyən "An-2" təyyarəsi Eravninski rayonunun Sosnovo-Ozerskoye kəndi yaxınlığında qəza enişi edib.
Qeyd olunub ki, təyyarədə 6 nəfər olub və hamısı sağ qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Baş verən hadisənin şəraiti araşdırılır.