EN

Baş Prokurorluq: Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılov Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq, aldığı xəsarətlərdən vəfat edib.

FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İ.İsmayılovun ölməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
27
fed.az

10Sources