AZ

İsbəndiyar İsmayılov faciəvi şəkildə ÖLDÜ

Masallıda elektrik dirəyində təmir aparan şəxs dirəyin qırılması nəticəsində yıxılaraq ölüb.

 News365.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

“İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır”, - rəsmi məlumatda qeyd edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
21
news365.az

10Mənbələr