EN

Böyük şirkətlər Qarabağda güzəşt əldə etmək üçün ne etməlidir? - Nazir müavinindən açıqlama

Böyük şirkətlərin filalları Qarabağda fəaliyyət göstərmək üçün orada törəmə şirkət yaratmalıdır və ya filallın nümayəndəliyi kimi qeydiyaytdan keçməlidir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsini nazirinin müavini Anar Əliyev deyib.
 

"Qarabağda fəaliyyət göstərmək istəyən holdinq fillaları mütləq qaydada orada ya törəmə şirkət yaratmalıdır, ya da şirkətin fialalı kimi orada qeydiyaytdan keçməlidir. Bu zaman həmin şirkət Qarabağdakı güzəştlərdən yararlana bilər. Qarabağada rezident kimi qeydiyayta düşmək üçün qanunvericilikdə müəyyən olunan qayda budur”, - nazir müavini iyulun 5-də Əmək və Məşğulluq Münasibətlərinin Tənzimlənməsi adlı tədbirdə sahibkarların suallarını cavablayarkən deyib.
 
İyunun 28-də iyunun 28-də Şuşada keçirilən Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq adlı tədbirdə nazir Mikayıl Cabbarov da bildirib ki, Bakıda qeydiyaytı olan şirkətlər Qarabağda eyni qeydiyyatla fəaliyyət göstərə bilməz. Səbəb isə Qarabağda göstərilən vergi və gəlirləri müəyyən etmək üçün mütləq şəkildə şirkət Qarabağ ərazisində qeydiyaytda olmalıdır.
 
Azərbaycanda qəbul olunan qanuna görə Qarabağda fəaliyyət göstərən şirkətlər 10 il müddətinə həm vergilərdən azaddır, həm də onların fəaliyyətinə güzəştlər tətbiq olunur. 
 
Gülnar Nazimqızı 
www.anews.az
Chosen
110
anews.az

1Sources