Bakı, 5 iyul, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatında kişi və qadın komandalarının sayı artırılacaq.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə bununla bağlı yekun qərar veriləcək.
Qadınlar arasında ölkə çempionatında 1 komandanın debütü gözlənilir. Kişilərdə isə yaradılacaq yeni klubların sayı barədə dəqiq məlumat yaxın günlərdə veriləcək.
Qeyd edək ki, Azərbaycan çempionatının ötən mövsümündə kişilərdə 7, qadınlarda isə 6 komanda mübarizə aparıb.