EN

Həndbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır EKSKLÜZİV

Həndbol

Bakı, 5 iyul, AZƏRTAC

Həndbol üzrə Azərbaycan çempionatında kişi və qadın komandalarının sayı artırılacaq.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə bununla bağlı yekun qərar veriləcək.

Qadınlar arasında ölkə çempionatında 1 komandanın debütü gözlənilir. Kişilərdə isə yaradılacaq yeni klubların sayı barədə dəqiq məlumat yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Azərbaycan çempionatının ötən mövsümündə kişilərdə 7, qadınlarda isə 6 komanda mübarizə aparıb.

Chosen
58
1
azertag.az

2Sources