“Barselona”nın hücumçusu Lamin Yamal yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu gələəck kaeryerası ilə bağlı danışıb. O, bnə vaxtsa “Real”a keçib-keçməyəcəyi suala belə cavab verib:
“Heç vaxt “Real”da oynamaram. Tək hədəfim “Barselona”nı ilə çempionluqlar yaşamaqdı”.
Yamal Kataloniya klubunun yetirməsidi. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalı onun dəyərini 90 milyon avro qiymətləndirir. O, ötən mövsüm klubda 50 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.