EN

UEFA Ronaldonu cərimələyə bilər

UEFA portuqaliyalı futbolçu Kriştianu Ronaldonu cərimələyə bilər. “Qafqazinfo” xəbər verir ki, buna səbəb superulduzun qitə futbol qurumu ilə əməkdaşlığı olmayan şirkəti AÇ-2024-də reklam etməsidir. 

Belə ki, Ronaldonun investoru və səfiri olduğu “Whoop” şirkəti istehsal etdiyi cihaz vasitəsilə futbolçunun Sloveniya ilə matçın penaltilər seriyasında nəbz sayını açıqlamasıdır. 
Həmin görüşdə 11 metrlik zərbələr seriyası başlayarkən Kriştianunun nəbzi dəqiqədə 100-ə düşüb, qalib olduqdan sonra isə 180-ə yüksəlib. 

Turnirin sponsorları da UEFA-dan Ronaldonun və şirkətin cərimələnməsini tələb edib. 

Qeyd edək ki, Portuqaliya yığması bu gün AÇ-2024-ün 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq. 

Chosen
68
1
qafqazinfo.az

2Sources