EN

Onu bizə icarəyə verin, pulun yarısını siz ödəyin, yarısını biz

Növbəti mövsüm öncəsi heyətlə bağlı problemlər yaşayan «Kəpəz» yenə «Turan Tovuz»a üz tutub. Gəncə təmsilçisi Luis Paçunu icarəyə götiürmək istəyindədir. Nizami yurdunun təmsilçisi braziliyalı hücumçunun əməkhaqqını tamamilə qarşılamaq gücündə deyil, ona görə də qarşı tərəfdən olan həmkarlarına öz xahişlərini ediblər - gəlin, bu maaşın yarısını siz ödəyin, yarısını da biz.
Dünən xəbər vermişik: yeni baş məşqçi Kurban Berdiyev onun xidmətindən imtina edib.
Bundan öncə braziliyalı müdafiəçi Bruno Qonçalvesi sərəncamında görmək istəməyən rusiyalı çalışdırıcı bu dəfə Luis Paçunun üstündən qara xətt çəkib.
72 yaşlı mütəxəssis adıçəkilən hücumçunun ona lazım olmaması barədə kulb funksionerlərini məlumatlandırıb. O, Paçunun oyun stilinə uyğun gəlmədiyini bildirib.
Berdiyev müqaviləsi 2025-ci ilin yayında bitəcək «sambaçı»nın tənbəl olduğunu, müdafiəyə kömək etmədiyini söyləyib.
Deyib ki, hərəkət traektoriyası məhdud olan forvardı qurmaq istədiyi komandada görmür, odur ki, icarəyə verilməsinə tərəfdardır.
SPORTİNFO.AZ

Chosen
36
1
sportinfo.az

2Sources