EN

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Ramana qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən verilən xəbərdə deyilir.

Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
15
apa.az

10Sources