AZ

Bakıda avtomobili qaçıran şəxs saxlanılıb

Ramana qəsəbəsi ərazisindən "Ravon" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

seher.media xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
seher.media

10Mənbələr