EN

Argentina millisi yarımfinalda

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.

Msport.az-ın məlumatına görə, raundun ilk matçında son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada rəqibini 4:2 hesabı ilə üstələyən “tanqoçular” yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela – Kanada cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Chosen
175
5
msport.az

10Sources