AZ

Amerika Kuboku: Argentina millisi ilk yarımfinalçı olub

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.
 
 Raundun ilk matçında son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.
 
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.
 
Burada rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
Seçilən
103
5
moderator.az

10Mənbələr