EN

İranda prezident seçkilərinin 2-ci turu başlayıb

Bakı. Trend:

Bu gün (5 iyul) İranda növbədənkənar prezident seçkilərinin 2-cituru yerli vaxtla saat 08:00-da başlayıb.

Trend-in məlumatına görə, İran prezident seçkilərinin 2-citurunda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır.Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq.

Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımihesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiqsəhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi MəsudPezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli TəhlükəsizlikŞurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentininsədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlikrəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Məqalədə:
Chosen
87
3
az.trend.az

10Sources