Böyük Britaniyanın baş naziri Rişi Sunak canlı efirə girmək üçün ondan əvvəl studiyaya çağırılmış yarıçılpaq modelin zamanını bitməsini gözləyib.
Â
Pravda.az musavat.com-a istinadla xəbər verir ki, bu proses televiziyanın işçilərindən biri tərəfindən çəkilib və sosial mediaya ötürülüb.
Â
Modelin adı Bekki Holtdur. Proqrama qatılan Holt baş nazirdən əvvəl ekran qarşısına çıxarılıb.
Â
"Onlyfans" modeli kimi çalışan Holt döymələrinə təxminən 45 min dollar xərcləyib. İngiltərə mediasına Holtun döymələri ilə bağlı çıxışının Sunakın çıxışından üstün tutulması təəccüblü gəlib.
Â
Alt paltarda efirə çıxan modelin arxasında növbəsini gözləyən baş nazirin görüntüləri bütün dünyanın müzakirəsindədir.
Â
Britaniya mətbuatında Rişi Sunak haqqında çoxlu aşağılayıcı şərhlər yer alıb.
Â
İngilis qəzetlərindən biri proqramda növbə gözləyən Rişi Sunakın şəklini "Tənəzzüldə ikən belə olur" başlığı ilə dərc edib.