EN

Aydın Mirzəzadə: “Çinlə strateji əməkdaşlıq böyük dövlətlərin Azərbaycana olan diqqətinin göstəricisidir”

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edib. Prezidentin Astana səfərini və bu sammit çərçivəsində keçirilən görüşlər yüksək dəyərləndirilir.

Deputat Aydın Mirzəzadə hafta.az-a bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, artıq 2-ci dəfədir ki, bu nüfuzlu beynəlxalq təşkilatın sammitinə fəxri qonaq qismində dəvət edilir. O, qeyd edib ki, Azərbaycan lideri sammit çərçivəsində təşkilata üzv olan ölkələrin rəhbərləri ilə tərəfləri maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparıb. Deputat Azərbaycanla Çin arasında Birgə Bəyannaməyə xüsusilə toxunub.

“Çinlə strateji əməkdaşlıq müqaviləsinin bağlanması böyük dövlətlərin Azərbaycana olan diqqətinin göstəricisidir. Təkcə Çinlə olan ticari, iqtisadi əlaqələrimiz Azərbaycanın ən böyük xarici iqtisadi əlaqələr blokuna daxil olduğunu göstərir. İllik ticarət dövriyyəmiz 3 milyard dollara yaxınlaşıb. Çinin 6 şəhərində Azərbaycan ticarət evi açılıb. Çin Azərbaycana məhsul ixrac etdiyi kimi, Azərbaycandan da qeyri-neft məhsulları almaqda maraqlı olduğunu göstərir. Çin Azərbaycana ən böyük investisiya yatıran ölkələrdən biridir. Vaxtaşırı mətbuatda Çin İnvestorlarının Azərbaycanda qeyri-neft profilli müəssisələr açması barədə xəbərlər verilir. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu il ölkədə keçiriləcək COP29 tədbirində ən yüksək səviyyədə iştirak edəcəkləri barədə Çin sədri Prezidentimizlə görüşdə məlumat verdi”.

A.Mirzəzadə bildirib ki, Azərbaycan Prezidentinin tədbir çərçivəsində Rusiya, Türkiyə, Pakistan, Qazaxıstan rəhbərləri ilə ikitərəfli görüşləri diqqət mərkəzində oldu. Onun fikrincə, Azərbaycan, Türkiyə, Pakistan üçtərərfli görüşünün keçirilməsi isə bu üç ölkə arasında olan strateji əməkdaşlıq və dostluğu daha yüksək səviyyəyə qaldırdı.

“Azərbaycan sammitdə iştirak etməklə təşkilat üzvləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu göstərdi. Azərbaycan dünyaya özünü əməkdaşlıqda maraq doğuran ölkə kimi tanıda bilib. iqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbir Azərbaycanı dünya siyasətinin müzakirə edilən ölkələrindən birinə çevirib. Azərbaycan liderinin bu tədbirdə iştirakı ölkəmizin artan nüfuzunu, digər ölkələrlə əməkdaşlıq imkanının geniş olduğunu bir daha sübut etdi”.

Chosen
95
50
hafta.az

10Sources