AZ

Tacikistan İran limanlarından istifadə etməkdə maraqlıdır

Tacikistan mal və məhsulların daşınması üçün İranın Bəndər Abbas və Çabahar limanlarının imkanlarından səmərəli istifadə etməkdə maraqlıdır.

Fins.az xəbər verir ki, , bunu Tacikistan prezidenti Emoməli Rəhmon Tehranda İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.

Danışıqlar zamanı tərəflər 30 günə qədər qarşılıqlı səfərlər üçün viza rejiminin ləğvinin mühüm hadisə olduğunu qeyd edərək, bu addımın turizmin inkişafına fəal töhfə verəcəyinə və iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Son illərdə ticarət dövriyyəsinin beş dəfə artması iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda böyük potensialın sübutu kimi qəbul edilib.

Bu kontekstdə Birgə Hökumətlərarası Komissiyanın işini fəallaşdırmaq, iki ölkənin Birgə İnvestisiya Komitəsi və Sahibkarların Birgə Şurasından səmərəli istifadə edilməsinin zəruriliyi vurğulanıb.

Bundan əlavə, dövlət başçıları su-energetika və neft-qaz sektorlarında, eləcə də nanotexnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsində və bu sahələrə investisiyaların cəlb edilməsində maraqlı olduqlarını bildiriblər.

Kaira Agayeva

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
36
fins.az

10Mənbələr