EN

Robert Fitsoya qarşı sui-qəsd terror aktı hesab edilib

Slovakiyanın baş prokuroru Maroş Jilinka baş nazir Robert Fitsoya qarşı sui-qəsdi terror aktı adlandırıb.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Slovakiya Respublikasının baş nazirinə hücumla bağlı cinayət işində cinayət təqibi həyata keçirilən əməlin hüquqi kvalifikasiyası dəyişdirilib. Əldə olunmuş dəlillərə əsasən, əməl bundan sonra hüquqi cəhətdən terror aktının xüsusilə ağır cinayəti kimi təsnif ediləcək", - o deyib.

Xatırladaq ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.

Robert Fitso mayın 31-də müalicə aldığı xəstəxanadan buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
1
olaylar.az

2Sources