Bu ilin ilk 6 ayında Neft Fonduna "Şahdəniz”dən daxil olan vəsaitlərin 60,784 milyon dolları qaz kondensatın payına düşüb. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azdır.
2023-cü ilin birinci yarısında SOFAZ-a "Şahdəniz” yatağının istismarından daxil olan gəlir 1 milyard dollar, qaz kondensatının satışından gələn gəlir isə 210,9 milyon dollar təşkil edib.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Bakıdan 70 km cənub-şərqdə yerləşən bu yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
"Şahdəniz” üzrə iştirak payları layihəsində BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi” (21,02 %) şirkətləri paya malikdir.
N.Təbrizli
www.anews.az