AZ

Dövlət Neft Fondunun birgə müəssisələrə investisiyaları azalıb

2024-cü il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) birgə müəssisələrə investisiyaları bir il əvvələ nisbətən 6,3% azalaraq  741,726 milyon manat təşkil edib. Bu barədə SOFAZ rəsmi saytında yerləşdirilən auditor hesabatında bildirilib. 

2023-cü ilin sonuna SOFAZ-in birgə müəssisələrə investisiyaları onun aktivlərinin 0,8 %-ni, 2022-ci ilin sonuna isə 0,9% olub.
 
Fondun 2024-cü il iyunun 30-a olan aktivləri 57 milyard dollar təşkil edir.

SOFAZ Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıbr və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.
 
Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
 
N.Təbrizli
 





www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
anews.az

10Mənbələr