Bakı, 4 iyul, AZƏRTAC
Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 145 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.