EN

Cüdo: Azərbaycanı Avropa Kubokunda 14 idmançı təmsil edəcək

İyulun 6-da və 7-də Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.

Arena.az xəbər verir ki, Azərbaycanın gənc cüdoçuları da bu Avropa Kubokunda iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, ölkəmiz bu yarışda oğlanlar arasında 6 çəki dərəsində 14 idmançı ilə təmsil olunacaq. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, Avropa Kubokunda 26 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.

-60 kq
Xəyal Həsənov
Eltun İmranov
Amin İsmayılov

-66 kq
Rüfət Aydınov
Mehdi Cəfərov
Eltac Yusifli

-73 kq
Elnur Qasilov

-81 kq
Mamed Əzizbekov
Qadir Hüseynov

-90 kq
Aslan Kotsoyev
Davud Namazlı
İsmayıl Zamanov

+100 kq
Eldar Əliyev
İlkin Baxşaliyev

Chosen
18
arena.az

1Sources