EN

“Media ayı” könüllülər proqramı: yekun təlim və onlayn görüş - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində həyata keçirilən “Media ayı” başa çarıb.

“Media ayı”nın yekununda Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə könüllülərin “Zoom” platforması üzərindən onlayn görüşü təşkil edilib.

Görüşdə Rəşad Məcid media savadlılığı, müasir dövrdə sosial medianın həyatımızda rolu, müsbət və mənfi tərəfləri, jurnalistika peşəsinə müasir yanaşma, ənənəvi və rəqəmsal medianın müqayisəli təhlili, həmçinin medianın maarifləndirici funksiyası və digər aktual mövzularla bağlı könüllüləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
6
qht.az

10Sources