EN

Ermənistan ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır - Nikol Paşinyan

Ermənistan ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır. Baş nazir Nikol Paşinyan hesab edir ki, buna demokratik islahatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi və enerji davamlılığının gücləndirilməsi kömək edib.

Ermənistan ABŞ-la münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlığa yüksəltməyə hazırdır. Bu barədə baş nazir Nikol Paşinyanın ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə müraciətində deyilir.

“Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun yüksəldilməsi konsepsiyasında öz əksini tapıb, ABŞ-ı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb”, deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
hurriyyet.az

5Sources