EN

Paşinyan: Ermənistan ABŞ-la strateji tərəfdaşlığa hazırdır

Ermənistan ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır.

Medianews.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ABŞ-da Müstəqillik Gününün qeyd olunması ilə bağlı ABŞ prezidenti Co Baydenə müraciətində deyilir.

“Demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun daha da genişləndirilməsi konsepsiyasında strateji tərəfdaşlıq səviyyəsində öz əksini tapıb”, – Paşinyan mesajında ​​qeyd edib.

Ermənistan baş nazirinin sözlərinə görə, İrəvan regiondakı vəziyyətin nizamlanmasında ABŞ-ın roluna önəm verir.

Medianews.az

Chosen
50
1
medianews.az

5Sources