EN

İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib - DİN

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 3-də polis əməkdaşları qanunsuz saxlanılan 3 tüfəng aşkar edərək təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Chosen
36
22
sia.az

10Sources