Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin iyun ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin iyununda 563.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il iyun – 332.6 milyon ABŞ dolları) 2024-cü ilin iyun ayında ixrac olunan məhsulların dəyəri artıb.
Cari ilin ilk yarısında Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 2.8 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.