EN

Sorğu: Bayden yenidən prezident seçilmək üçün çox yaşlıdır

Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ Prezidenti ikinci müddətə yenidən seçilmək üçün çox yaşlıdır.

Vətənunfo.az xəbər verir ki, bunu “The Wall Street Journal”nın keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğuya görə, respondentlərin 80 faizi Baydenin növbəti prezidentlik müddəti üçün çox yaşlı olması ilə razılaşır. Qeyd olunur ki, demokratların üçdə ikisi Baydeni başqa namizədlə əvəz edəcək. Respondentlərin 47 faizi həm hazırkı prezidentin, həm də keçmiş dövlət başçısı Donald Trampın digər namizədlərlə əvəz ediləcəyini düşünür.

Nəşr iddia edir ki, prezident seçkiləri bu gün keçirilsəydi, respondentlərin 48 faizi Trampa, 42 faizi Baydenə səs verərdi.

Sorğu iyunun 29-dan iyulun 2-dək 1,5 min amerikalı arasında aparılıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Chosen
68
6
veteninfo.az

10Sources