EN

Purin Türkiyəyə nə vaxt gedəcək?

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyə səfərinin tarixi hələ dəqiqləşməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

Xatırladaq ki, iyulun 3-də Rusiya və Türkiyə liderləri ŞƏT sammiti çərçivəsində səfərdə olduqları Astanada görüşərək ikitərəfli danışıqlar aparıblar.

Görüşdə Putin Ərdoğana söz verib ki, o, Türkiyəyə mütləq səfər edəcək. Onun səfəri çoxdan planlaşdırılıb, lakin səfərin dəqiq tarixini razılaşdırmaq mümkün olmayıb. Ərdoğan ən qısa zamanda Putinin səfərini gözlədiyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
24
bakivaxti.az

10Sources