AZ

Peskov: Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib

Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya liderinin Türkiyəyə səfərinin vaxtını hələ ki, diplomatik kanallarla razılaşdırmayıblar. Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. “Onlar diplomatik kanallarla razılaşdırılacaq” , - deyə Peskov dünən Putinin Türkiyəyə səfərinin vaxtı ilə bağlı razılığa gəlmək mümkün olub-olmaması sualına cavab olaraq bildirib. İyulun 3-də Putin və Ərdoğan ŞƏT sammiti çərçivəsində Astanada ikitərəfli danışıqlar aparıblar. Görüşdə Putin Ərdoğana söz verib ki, o, Türkiyəyə mütləq səfər edəcək: onun səfəri çoxdan planlaşdırılıb, lakin qrafikləri razılaşdırmaq mümkün olmayıb. Türkiyə lideri qeyd edib ki, o, həmkarının “ən qısa zamanda” səfərini gözləyir. Putin Türkiyəyə sonuncu dəfə 2020-ci ilin yanvarında gedib. Eyni zamanda, iki ölkənin prezidentləri telefonla da daxil olmaqla müntəzəm əlaqə saxlayırlar. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
24
bizimyol.info

10Mənbələr