EN

“Ərdoğanın Ukrayna ilə danışıqlarda vasitəçi olması mümkün deyil” –Putinin mətbuat katibi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci” kanalın efirində bildirib.

Kreml sözçüsü Türkiyə liderinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb: “Xeyr, bu, mümkün deyil”.

Peskov həmçinin təsdiqləyib ki, Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dünənki görüşdə Ukrayna münaqişəsi mövzusu müzakirə olunub. “Bəli, mövzu müzakirə edildi” -deyə Peskov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
1
azpost.info

10Sources