Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək.
Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci” kanalın efirində bildirib.
Kreml sözçüsü Türkiyə liderinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb: “Xeyr, bu, mümkün deyil”.
Peskov həmçinin təsdiqləyib ki, Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dünənki görüşdə Ukrayna münaqişəsi mövzusu müzakirə olunub. “Bəli, mövzu müzakirə edildi” -deyə Peskov bildirib.